Naxçıvan Dövlət Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində geniş təqdimatla çıxış edib

09.04.2026

Naxçıvan Dövlət Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində geniş təqdimatla çıxış edib

07 aprel 2026-cı il tarixdə Əl-Fərabi adına Qazax Milli Universitetində "Study in Azerbaijan" təhsil sərgisinin ilk günü keçirilib.

 Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları açılış tədbirinin bədii hissəsində çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb.

Açılış tədbirindən sonra Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev stendlərlə tanış olub. Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib.