Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2026-cı il tarixli Sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sənəd çərçivəsində Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılıb.
Yeni yataqxana kompleksinin tikintisi Naxçıvan Dövlət Universitetində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasında və universitetin artan tələbə kontingentinin yerləşmə imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq.
Naxçıvan Dövlət Universitetinin kollektivi adından cənab Prezidentə göstərdiyi diqqət və qayğıya, eləcə də universitetimizin inkişafına verdiyi dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.


