NDU-da basketbol çempionatı keçirilib

06.05.2024

NDU-da basketbol çempionatı keçirilib

Naxçıvan Dövlət Universitetində oğlan tələbələr arasında basketbol çempionatı keçirilib.

Çempionatın nəticələrinə əsasən Tibb fakültəsinin komandası I yerin qalibi olub. Pedaqoji fakültə II, Memarlıq və mühəndislik, İqtisadiyyat və idarəetmə fakültəsi isə III yerə layiq görülüblər.