Estetik stomatologiya sahəsində ixtisaslaşmış, müxtəlif ölkələrdən olan stomatoloqlarla beynəlxalq əməkdaşlıq təcrübəsinə malik və bu sahədə uğurlu işləri ilə seçilən diş texniki Rəfael Paşayev 19 may tarixində Naxçıvan Dövlət Universitetində “Stomatologiya” ixtisası tələbələri üçün “Həkim-texnikin birgə fəaliyyətində uğura aparan yollar” mövzusunda seminar-məşğələ keçib.
Seminar zamanı tələbələr:
- həkim və texnik əməkdaşlığının önəmi,
- estetik stomatologiyada uğura aparan yanaşmalar,
- praktik iş prinsipləri və müasir texnologiyalar haqqında ətraflı məlumat əldə ediblər.
İnteraktiv şəkildə keçirilən seminar tələbələrin həm nəzəri biliklərinin genişlənməsinə, həm də gələcək peşə fəaliyyətlərinə motivasiya qazanmalarına mühüm töhfə verib.
Dəyərli təcrübəsini tələbələrlə bölüşdüyünə görə Rəfael Paşayevə təşəkkür edir, tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!


