NDU tələbələri Ali Məclisdə təcrübədə olublar

08.05.2026

NDU tələbələri Ali Məclisdə təcrübədə olublar

Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələri 20 aprel – 1 may tarixlərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalat təcrübəsi keçiblər.

Təcrübə proqramının yekununda tələbələr Ali Məclisin sədr müavini Arzu Abdullayev ilə görüşüblər. Görüşdə Arzu Abdullayev tələbələrin yüksək dövlət orqanlarında təcrübə keçməsinin onların peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tələbələr yaradılan şəraitə və onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin təcrübə müddətində qazandıqları bilik və təcrübələrdən bəhs edib, müxtəlif təklif və fikirlərini səsləndiriblər. Təkliflər qarşılıqlı şəkildə müzakirə olunub.

Tələbələr bu cür təcrübə proqramlarının onların gələcək peşəkar fəaliyyətləri baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.