Naxçıvan Dövlət Universitetinin akademik və inzibati heyəti üçün peşəkar inkişaf təlimləri çərçivəsində İstanbul Universiteti – Cərrahpaşanın professoru Erkan Kılınç tərəfindən “Beynəlxalq qrant layihələrin yazılması və layihə menecmenti” mövzusunda təlim təşkil olunub.
Təlimdə beynəlxalq qrant proqramlarının tələbləri, layihələrin hazırlanma mərhələləri, düzgün planlaşdırma və effektiv idarəetmə mexanizmləri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, uğurlu layihə üçün ideyanın düzgün formalaşdırılması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, dəqiq plan qurulması, risklərin nəzərə alınması, eləcə də layihə büdcəsinin əsaslandırılmış şəkildə hazırlanması mühüm əhəmiyyət kəsb edir.
Layihələrin yazılma üsulları real nümunələrlə izah edilib.
Sonda təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Gülay Tahirli
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi




