NDU-da memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərovanın 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Memarlıq və mühəndislik fakültəsinin Memarlıq kafedrasının müdir əvəzi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərovanın 60 illik yubileyi qeyd olunub.

Tədbiri universitetin rektoru Elbrus İsayev giriş sözü ilə açaraq yubilyarın ali təhsil ocağındakı səmərəli fəaliyyətindən söz açıb, dəyərli pedaqoqun həm elmi töhfələrini, həm də pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Vurğulanıb ki, Gülnarə Qənbərovanın elmi-mədəni mühitin zənginləşməsində və memarlıq sahəsində təhsil alan gənc kadrların hazırlanılmasında xüsusi əməyi var. Sonra Elbrus İsayev yubilyarı təbrik edərək elmi-pedaqoji fəaliyyətinə görə təşəkkürnamə təqdim edib.

Təbrik çıxışları ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov, Memarlıq və mühəndislik fakültəsinin müəllimləri – “Elektroenergetika mühəndisliyi” kafedrasının müdiri, dosent Məftun Əliyev, həmin kafedranın müəllimi Günay Bağırova, “Elektronika və informasiya texnologiyaları” kafedrasının müdiri Hüseyn Qasımov, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müdiri Cabbar Nəcəfov yubliyarı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirin sonunda Gülnarə Qənbərova göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı