NDU-da “Qeyri-üzvi kimya” adlı dərsliyin təqdimatı olub

22.12.2025

NDU-da “Qeyri-üzvi kimya” adlı dərsliyin təqdimatı olub

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kimya” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Hüseyn İmanovun “Qeyri-üzvi kimya” adlı dərsliyinin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan “Kimya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, NDU YAP ərazi təşkilatının sədri Bəhruz Məmmədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ixtisas tələbələri üçün tədris proqramına uyğun olaraq tərtib edilmiş dərsliyin elmi – metodiki göstəriciləri haqqında bəhs edib.        

Daha sonra “Kimya” kafedrasının müdiri, dosent Şəmil Mahmudov, dosent Mahnur Cəfərli və digər çıxışçılar kitabla bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, 15 fəsildən ibarət olan dərslikdə nəzəri izahatlar, proseslərin illüstrativ nümunələri və praktik tətbiqlər öz əksini tapıb. Kitab ali məktəblərin qeyri-üzvi kimya fənni tədris olunan fakültələrində təhsil alan tələbələr, magistrantlar, doktorantlar, eyni zamanda bu sahədə çalışan tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Sonda müəllif Hüseyn İmanov elmi mühitin inkişafı üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.