NDU-da tələbələrin karyera hazırlığına dəstək tədbirləri keçirilir

08.12.2025

NDU-da tələbələrin karyera hazırlığına dəstək tədbirləri keçirilir

Naxçıvan Dövlət Universitetində “Ayın mərkəzi” layihəsi çərçivəsində tələbələrin peşəkar inkişafına yönələn təlim və konsultasiyalar keçirilib.

Dekabrın 4-ü universitetdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Səma Abbaszadənin iştirakı ilə “CV hazırlığı” mövzusunda onlayn konsultasiya təşkil olunub. Konsultasiya zamanı tələbələrə peşəkar CV-nin hazırlanması, düzgün strukturun qurulması və işə qəbul prosesində diqqət yetirilməsi vacib olan əsas məqamlar ətraflı şəkildə izah edilib.

Bundan əvvəl, dekabr 3-ü universitetdə eyni layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Xanoğlan Sadiq tərəfindən “Karyera planlaması” mövzusunda qrup konsultasiyası keçirilib. Tədbirin əsas məqsədi tələbələrin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsinə dəstək göstərmək olub.

Qeyd edək ki, NDU Karyera Mərkəzi bu tip tədbirləri davam etdirərək bundan sonra da tələbələrin peşəkar inkişafını təmin etməyi planlaşdırır.