2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələrinə əsasən, Naxçıvan Dövlət Universitetinin 32 tələbəsi adlı təqaüdə layiq görülüb.
Ümumilikdə 23 müxtəlif adda təqaüd üzrə seçim edilib və hər bir təqaüd müvafiq sahədə fərqlənən tələbələrə verilib.
Təqaüdə layiq görülən tələbələr semestr ərzində dərsə davamiyyətləri, yüksək imtahan nəticələri, elmi və sosial fəaliyyətlərdə aktivlikləri ilə fərqləniblər. Universitetin bütün fakültələrindən seçilmiş bu tələbələr universitetin elmi konfranslarında, mədəni-kütləvi tədbirlərində və sosial layihələrində fəal iştirak ediblər.
Universitetin Elmi Şurası tərəfindən qəbul olunan qərar tələbələrin təhsil nailiyyətlərinin stimullaşdırılması, gənclərin elmi və ictimai fəallığının artırılması məqsədi daşıyır.


