Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Bioresurslar İnstitutunun Nəbatat bağında növbəti ağacəkmə aksiyası həyata keçirilib. Universitetin kollektivi tərəfindən aksiya çərçivəsində 2000-ə yaxın narbənd calağı üçün nəzərdə tutulan qarağac tingləri əkilib.
Aksiyada NDU-nun professor-müəllim heyəti, Bioresurslar İnstitutunun əməkdaşları və tələbələr fəal iştirak ediblər.
Aksiyanın məqsədi ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin artırılmasına və nadir bitki resurslarının çoxaldılmasına töhfə verməkdir.




