NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb

23.04.2026

NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada   qızıl medal qazanıb

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinin “Kimya” ixtisası üzrə I kurs tələbəsi Sənan Zeyniyev Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan “Erudit" Beynəlxalq Onlayn Kimya Müsabiqəsində I yerə layiq görülərək qızıl medal qazanıb.

Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinin “Kimya” kafedrasının müəllimi Fizzə Məmmədovanın  elmi rəhbərliyi altında sistemli hazırlıq keçən tələbəmiz beynəlxalq müstəvidə bilik və bacarığı ilə seçilərək I dərəcəli diplomla təltif olunub.

Sənan Zeyniyev müsabiqədə “Kimyəvi elementlərin yaranma tarixi” nominasiyası ilə iştirak edərək həftənin qalibi seçilib və bu nəticə ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq elmi uğurlarına növbəti birini əlavə edib.

 

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi