Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr- Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib

Konfrans çərçivəsində dövlət və hökumət rəsmilərinin, deputatların, ictimaiyyət nümayəndələrinin, universitetin professor-müəllim heyətinin iştirakı ilə müxtəlif panel müzakirələri təşkil olunub.  “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi zəfərimz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” adlı mövzular ətrafında maraqlı çıxışlar dinlənilib.

Çıxışlarda Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektləri elmi müstəvidə araşdırılıb, zəfərin yaratdığı yeni reallıqlar və regionda sülhün bərqərar olunmasında rolu ilə bağlı geniş araşdırma materialları təqdim olunub.