Oktyabrın 29-da Pedaqoji fakültədə Gaziantep Universitetinin professor Erdal Bay tərəfindən “Təhsildə sosial və fəlsəfi yanaşmalar” mövzusunda elmi-nəzəri seminar keçirilib

Seminarı giriş sözü ilə Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev açıb, seminarın məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Sonra professor Erdal Bay təqdimatla çıxış edib, müasir təhsil sistemində sosial və fəlsəfi baxışların rolu, təhsil fəlsəfəsinin inkişaf istiqamətləri, pedaqoji proseslərə sosial yanaşmalar kimi məsələlər barədə ətraflı danışıb.

İnteraktiv şəkildə davam edən seminarda, tələbələrin və müəllimlərin ünvanladığı suallar professor tərəfindən ətraflı cavablandırılıb.