Axtarış

AZ EN

Haqqında

1969-ci ildə Naxçıvan Muxtar Respublikasında olan tələbatı nəzərə alaraq “Biologiya” və “Coğrafiya” ixtisasları daxil olan “Biocoğrafiya” fakültəsi açılmışdır.

1972-ci ilin oktyabr ayında Coğrafiya fakültəsi, sonradan Təbiət-Coğrafiya, Kimya-biologiya adlanan fakültə 19 aprel 1988-ci ildə Fizika-riyaziyyat və Kimya-biologiya fakültələri ləğv edilərək, onların bazasında Təbiətşünaslıq-riyaziyyat, 18 avqust 1995-ci ildə Kənd təsərrüfatı və Təbiətşünaslıq-riyaziyyat fakültələrinin nəzdində Təbiətşünaslıq, 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin bazasında Təbiətşünaslıq-tibb, 2003-cü ildə yenidən Təbiətşünaslıq fakültəsi yaradılmış və fakültə struktur dəyişikliyi ilə əlaqədar olaraq 2009-cu ildən Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi adı ilə fəaliyyətini davam etdirir.

Fakültə üzrə

1) Professor-müəllim heyətinin sayı: 60

➢ Tam ştat – 36 (7k + 16b + 7c + 6bt)

➢ Yarım ştat – 24 (8k + 7b + 6c + 3bt)

2) Elmi dərəcəli professor-müəllim heyətinin sayı:

➢ Tam ştat – 27 (6k + 14b + 3c + 4bt)

➢ Yarım ştat – 18 (7k + 6b + 2c + 3bt)

Bakalavr statistikası

1) Bakalavr tələbələrin sayı: 630

➢ Əyani – 526

➢ Qiyabi – 104

2) Əcnəbi tələbələrin sayı: 28

➢ Əyani – 28

Bakalavr proqramı üzrə kadr hazırlığı aparılan ixtisaslar
  • Biologiya – əyani və qiyabi
  • Biologiya müəllimliyi
  • Kimya
  • Kimya müəllimliyi
  • Coğrafiya
  • Coğrafiya müəllimliyi
  • Baytarlıq və baytarlıq təbabəti
  • Yerquruluşu və daşınmaz əmlakın kadastrı
  • Torpaqşünaslıq və aqrokimya – əyani və qiyabi

Fakültəmizdə hər bir ixtisasın profilinə uyğun olaraq müvafiq laboratoriyalar, kabinələr, muzeylər fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində ilk dəfə qəbul aparılmış Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üçün müasir tələblərə cavab verən, lazımi avadanlıq, dərslik, xəritə və çertyojlarla təmin olunmuş Yerquruluşu və kadastr kabinəsi yaradıldı və açılışı keçirildi.

Həmçinin 2021-2022-ci tədris ilində normal fiziologiya, biokimya laboratoriyaları qurularaq fəaliyyətə başladı. Baytarlıq təbabəti kafedrasının nəzdində fəaliyyət göstərən klinika kafedranın tələbnaməsinə uyğun olaraq lazımi avadanlıqlarla təmin olunmaqla fəaliyyətini bərpa etmişdir. Bu kafedrada patoloji laboratoriya yaradılmışdır.

Fakültədəki professor-müəllim və tədrisə köməkçi heyət
S/№ Kafedra Professor-müəllim Tədrisə köməkçi heyət Cəmi
1 Dekanlıq - 3 3
2 Baytarlıq təbabəti 9 3 12
3 Biologiya 23 4 27
4 Coğrafiya 13 1 14
5 Kimya 16 6 22
Cəmi: 61 17 78
II. Tələbə qəbulunun vəziyyəti

2021-2022-ci tədris ilində fakültəmizə tələbə qəbulunun nəticəsi aşağıdakı kimi olmuşdur:

S/№ İxtisas Plan yeri Qəbul olunmuşdur Qəbulun faiz göstəricisi
1 Baytarlıq təbabəti 15 12 80%
2 Biologiya 20 20 100%
3 Biologiya müəllimliyi 20 6 30%
4 Biologiya (qiyabi) 10 10 100%
5 Coğrafiya 10 10 100%
6 Coğrafiya müəllimliyi 25 15 60%
7 Coğrafiya (əlavə ali təhsil) 10 0 0%
8 Kimya 10 9 90%
9 Kimya müəllimliyi 20 18 90%
10 Torpaqşünaslıq və aqrokimya (qiyabi) 10 10 100%
11 Torpaqşünaslıq və aqrokimya 10 9 90%
12 Yerquruluşu və daşınmaz əmlakın kadastrı 10 9 90%
Cəmi: 160 128 80%

2022-2023-cü tədris ilində fakültəmizə tələbə qəbulunun nəticəsi aşağıdakı kimi olmuşdur:

S/№ İxtisas Plan yeri Qəbul olunmuşdur Qəbulun faiz göstəricisi
1 Baytarlıq təbabəti 15 15 100%
2 Biologiya 20 17 85%
3 Biologiya müəllimliyi 15 13 86,66%
4 Biologiya (qiyabi) 15 14 93,33%
5 Coğrafiya 10 10 100%
6 Coğrafiya müəllimliyi 15 15 100%
7 Kimya 15 14 93,33%
8 Kimya müəllimliyi 15 8 53,33%
9 Torpaqşünaslıq və aqrokimya (qiyabi) 10 10 100%
10 Torpaqşünaslıq və aqrokimya 10 9 90%
11 Yerquruluşu və daşınmaz əmlakın kadastrı 10 9 90%
Cəmi: 150 134 89,33%

2023-2024-cü tədris ilində fakültəmizə tələbə qəbulunun nəticəsi aşağıdakı kimi olmuşdur:

S/№ İxtisas Plan yeri Qəbul olunmuşdur Qəbulun faiz göstəricisi
1 Baytarlıq təbabəti 25 25 100%
2 Biologiya 15 14 93,3%
3 Biologiya müəllimliyi 15 7 46,66%
4 Biologiya (qiyabi) 15 13 86,66%
5 Coğrafiya 15 15 100%
6 Coğrafiya müəllimliyi 15 15 100%
7 Kimya 15 15 100%
8 Kimya müəllimliyi 15 8 53,33%
9 Torpaqşünaslıq və aqrokimya (qiyabi) 10 10 100%
10 Torpaqşünaslıq və aqrokimya 20 20 100%
11 Yerquruluşu və daşınmaz əmlakın kadastrı 20 20 100%
Cəmi: 180 162 90%

2024-2025-ci tədris ilində fakültəmizə tələbə qəbulunun nəticəsi aşağıdakı kimi olmuşdur:

S/№ İxtisas Plan yeri Qəbul olunmuşdur Qəbulun faiz göstəricisi
1 Baytarlıq təbabəti 50 39 78%
2 Biologiya 15 15 100%
3 Biologiya müəllimliyi 15 7 46,67%
4 Biologiya (qiyabi) 15 14 93,33%
5 Coğrafiya 15 15 100%
6 Coğrafiya müəllimliyi 15 15 100%
7 Kimya 15 10 66,66%
8 Kimya müəllimliyi 15 11 73,33%
9 Torpaqşünaslıq və aqrokimya (qiyabi) 15 15 100%
10 Torpaqşünaslıq və aqrokimya 20 19 95%
11 Yerquruluşu və daşınmaz əmlakın kadastrı 20 19 95%
Cəmi: 210 179 85,23%
Fakültəmizdə təhsil alan tələbələrin ixtisaslar üzrə say tərkibi
S/№ İxtisas Tələbə sayı, əyani Tələbə sayı, qiyabi Yekun
1 Baytarlıq təbabəti 118
Onlardan 27 nəfəri xarici – 20 oğlan, 7 qız
- 118
2 Biologiya 60 - 60
3 Biologiya (qiyabi) - 64 64
4 Biologiya müəllimliyi 33 - 33
5 Coğrafiya 50 - 50
6 Coğrafiya müəllimliyi 60 - 60
7 Kimya 44 - 44
8 Kimya müəllimliyi 43 - 43
9 Torpaqşünaslıq və aqrokimya 57 - 57
10 Torpaqşünaslıq və aqrokimya (qiyabi) - 40 40
11 Yerquruluşu və daşınmaz əmlakın kadastrı 58
Onlardan 1 nəfəri xarici – 1 oğlan
- 58
Cəmi: 526
28 nəfəri xarici – 21 oğlan, 7 qız
104 630
28 nəfəri xarici – 21 oğlan, 7 qız
III. Maddi-texniki baza

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində dekanlığın ümumi istifadəsində olan 25 auditoriya, həmçinin müvafiq ixtisas kafedraların ixtiyarında olan 16 laboratoriya, 11 kabinə və muzey tədris prosesi və elmi-tədqiqat işlərinin aparılması üçün istifadə olunur.

Fakültədə 3 kameralı 60-90 nəfərlik auditoriya, 16 proyektor olan auditoriya (2 elektron kürsülü, 4 elektron lövhəli), test imtahanlarını qəbul etmək üçün 29 kompüter quraşdırılmış imtahan auditoriyası da tələbələrimizin istifadəsindədir.

LABORATORİYALAR
  • Ümumi və qeyri-üzvi kimya
  • Analitik kimya
  • Üzvi və YMB kimyası
  • Kimya texnologiyası və neft kimyası
  • Fiziki və kolloid kimya
  • Akademik Yusif Məmmədəliyev adına elmi tədqiqat kimya laboratoriyası
  • Elektrokimya və metallar kimyası
  • İnsan və heyvan fiziologiyası
  • Bitki fiziologiyası və torpaqşünaslıq
  • Diaqnostika və terapiya laboratoriyası
  • Mamalıq və süni mayalanma laboratoriyası
  • Mikrobiologiya və virusologiya laboratoriyası
  • Parazitologiya laboratoriyası
  • Fiziologiya və biokimya laboratoriyası
  • Ekspertiza və qida gigiyenası laboratoriyası
  • Arıçılıq problemləri laboratoriyası
KABİNƏLƏR VƏ MUZEYLƏR
  • İnsan anatomiyası kabinəsi
  • Sitologiya, histologiya və embriologiya kabinəsi
  • Zoologiya kabinəsi
  • Botanika muzeyi
  • Zoologiya muzeyi
  • Herbari otağı
  • Coğrafiya muzeyi
  • Torpaq coğrafiyası və geologiya kabinəsi
  • Yerquruluşu və kadastr kabinəsi
  • Anatomiya muzeyi
  • Patologiya kabinəsi
  • Baytarlıq klinikası
  • Baytarlıq apteki
  • Vivarium
  • Əyani vəsait fondu

Eyni zamanda Biologiya və Coğrafiya kafedrasının tədris-təcrübə bazasından da istifadə olunur.

IV. Kadr potensialı
1. Baytarlıq təbabəti kafedrası üzrə: 9

Elmlər doktoru – 1

Fəlsəfə doktoru – 6

Dosent – 5

Baş müəllim – 2

Müəllim – 2

2. Biologiya kafedrası üzrə: 23

Elmlər doktoru – 4

Fəlsəfə doktoru – 16

Professor – 1

Dosent – 10

Baş müəllim – 8

Müəllim – 4

3. Coğrafiya kafedrası üzrə: 13

Fəlsəfə doktoru – 5

Dosent – 1

Baş müəllim – 5

Müəllim – 7

4. Kimya kafedrası üzrə: 15

AMEA-nın müxbir üzvü – 2

Elmlər doktoru – 2

Fəlsəfə doktoru – 11

Professor – 1

Dosent – 9

Baş müəllim – 3

Müəllim – 1

Fakültə üzrə professor-müəllim heyətindən:

AMEA-nın müxbir üzvü – 2

Professor – 2

Elmlər doktoru – 7

Dosent – 25

Fəlsəfə doktoru – 36

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı: dosent D.Ş. Qənbərov

Rəhbərlik və Heyət

Hilal Qasımov

Hilal Qasımov

Biologiya üzrə fəlsəfə doktoru

Əliyeva Günel

Əliyeva Günel

Akademik məsləhətçi

Hacızadə Hüzürə

Hacızadə Hüzürə

Baytarlıq təbabəti kafedrası

Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul 2005-ci ildən aparılır. Baytarlıq ixtisası 2007-ci ilədək Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Zoologiya kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 30 may 2007-ci ildə ayrıca Baytarlıq kafedrası yaradılmışdır. Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışa əsasən Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tabeliyində olan “Baytarlıq” kafedrasının adı dəyişdirilərək “Baytarlıq təbabəti” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisasların (proqramların) təsnifatında ixtisasın şifri və adı – 050704 Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedranın, həm də ixtisasın adı Baytarlıq təbabəti adlanır.

 2008-2012-ci illərdə kafedraya baytarlıq üzrə fəlsəfə doktoru, dosent Etibar Nəsrulla oğlu Məmmədov, 2012-2023-cü ilin mart ayınadək baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Məmmədəli oğlu Rüstəmli, 2023-cü ilin mart ayından kafedraya biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Musa oğlu Məhərrəmov rəhbərlik edir.

Haliyədə “Baytarlıq təbabəti” kafedrasında 9 müəl­­lim, 1 laboratoriya müdiri,

1 la­bo­rant və 1 preparator fəaliyyət göstərməkdədir. “Baytarlıq təbabəti” ka-­­

fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 9 əməkdaşdan 6 nəfəri tam ştat,

3 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 2 nəfər baş

müəllim, 2 nəfər müəllimdir.

 “Baytarlıq təbabəti” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsi-

nin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə: Baytarlıq, Baytarlıq təbabəti

 Magistratura pilləsi üzrə: Baytarlıq cərrahiyyəsi; Mamalıq-ginekologiya və

süni mayalanma; Parazitologiya və invazion xəstəliklər

Biologiya kafedrası

 1973-cü ildə kimya-biologiya kafedrası yaradılmış və kafedraya müdir vəzifəsinə k.e.n. Emil Rəcəbli təyin edilmişdir. 1976-cı ildə kafedra müdir-liyinə isə prof. Y.Səfərov seçilmişdir.

 1979-cu ildə kimya-biologiya kafedrası ayrılır. 1983-1989-cu ilədək “Biologiya” kafedrasına Ə.Qulamov rəhbərlik etmişdir. 1991-ci ildə yeni ixtisasların açılması və elmi-tədqiqat işlərinin istiqamətini müəyyənləşdirmək məqsədilə kafedra bölünür. “Zoologiya” kafedrasına A.Mehdiyev, “Botanika” kafedra-sına T.Talıbov seçilir.

1996-cı ildən 2013-cü ilə qədər Zoologiya kafedrasına dosent A.Axundov rəhbərlik etmiş, 2013-cü ildə qısa müddətə (2 ay) professor S.Məhərrəmov, 2013-cü ildən kafedraya dosent H.Hüseynov rəhbərlik etmişdir.

 1990-2003-cü ilə qədər “Botanika” kafedrasının müdiri b.ü.e.d., prof. Tariyel Talıbov olmuşdur. 2003-2008-ci illərdə b.ü.f.d., dosent Akif Mərdanlı, 2008-2018-ci ilə qədər b.ü.f.d., dosent Musa Piriyev kafedraya rəhbərlik etmişlər. 2018-ci ilin aprelindən isə b.ü.e.d., dosent Daşqın Qənbərov kafedra müdiri işləyir.

 2020-ci ildə “Botanika” və “Zoologiya” kafedrası birləşərək “Biologiya” kafedrası yaradıldı.

Kafedra müdiri: Bayramov Bəhruz Surxay oğlu

Haliyədə “Biologiya” kafedrasında 23 müəl­­lim fəaliyyət göstərməkdədir. “Biologiya” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 23 əməkdaşdan 15 nəfəri tam ştat, 8 nə­fə­ri yarım ştat müəllimdir. Kafedra əmək­daş­la­rın dan 1 nəfəri professor, 10 nəfəri do­­sent, 8 nəfər baş müəllim, 4 nəfər isə müəl­lim­dir.

“Biologiya” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

Biologiya – əyani və qiyabi;

Biologiya müəllimliyi;

Torpaqşünaslıq və aqrokimya – əyani və qiyabi

Magistratura pilləsi üzrə:

Bitkilərin genetikası və seleksiyası;

Botanika; Onurğasızlar zoologiyası;

Torpaqşünaslıq; Biotexnologiya;

Biologiyanın tədrisi metodikası və metodologiyası

Coğrafiya kafedrası

Coğrafiya kafedrası 1972-ci ildə yaradılmışdır. Kafedraya 1972-1978-ci illərdə coğrafiya üzrə fəlsəfə doktoru:dosent Səfərəli Babayev, 1978-1990 illərdə Biocoğrafiya kafedrasına biologiya ü.f.d., dosent Abbas Mehdiyev, 1990-2003-cü illərdə Coğrafiya kafedrasına coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvi Səfərəli Babayev, 2003-2016-cı ilə qədər coğrafiya üzrə fəlsəfə doktoru., dosent Nazim Bababəyli və 2016-2022-ci il avqust ayına kimi isə coğrafiya üzrə fəlsəfə doktoru., dosent Əli Həsənov rəhbərlik etmişlər. 07 iyul 2023-cü ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Elnarə Seyidova rəhbərlik edir.

 Coğrafiya kafedrasının 13 nəfər əməkdaşı vardır. Bunlardan 1 nəfər aqrar elmlər üzrə fəlsəfə doktoru dosent, 2 nəfər coğrafiya üzrə fəlsəfə doktoru, baş müəllim, 1 nəfər coğrafiya üzrə fəlsəfə doktoru, müəllim, 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru baş müəllim, 2 nəfər baş müəllim, 7 nəfər müəllim vəzifəsində çalışır. 1 nəfər isə kabinə müdiri və 1 nəfərdə laborant vəzifəsində çalışır.

 “Coğrafiya” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

 Bakalavr təhsil pilləsi üzrə: Coğrafiya, Coğrafiya müəllimliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı

 Magist təhsil pilləsi üzrə:

Coğrafiyanın tədrisi metodikası və metodologiyası

İqtisadi coğrafiya

Kimya kafedrası

 Kimya kafedrası1977-ci ildə yaradılmışdır. Kafedraya 1975-1976-cı illərdə k.e.n. Emil Rəcəbli, 1976-1984-cü illərdə k.e.d., prof. Əkbər Nəsirov, 1984-1990-cı illərdə k.e.d., dosent Qasım Hüseynov, 1990-1999-cu illərdə k.e.n., dosent Yasin Babayev, 1999-2019 cü illərdə k.ü.e.d., prof. Tofiq Əliyev, 2019-cu ilin oktyabrından isə k.ü.e.d., prof. Yasin Babayev kafedraya rəhbərlik etmişdir.

 Kafedra müdiri: 2021-ci ilin sentyabrından kafedraya kimya üzrə fəlsəfə dok toru, dosent Şəmil Mahmud oğlu Mahmudov rəhbərlik edir

“Kimya” kafedrasında 15 müəllim və 3 laboratoriya müdiri, 1 laborant, 2 preparator fəaliyyət göstərməkdədir. “Kimya” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərən əməkdaşlarından 7 nəfəri tam ştat, 8 nəfəri yarım ştat

müəllimdir. Kafedra əməkdaşlarından 1 nəfər AMEA-nın müxbir üzvü, professor, 1 nəfər AMEA-nın müxbir üzvü, dosent, 9 nəfər dosent, 3 nəfər baş müəllim, 1 nəfər isə müəllimdir.

 “Kimya” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

 Bakalvr təhsil pilləsi üzrə:

Kimya

Kimya müəllimliyi

Magistr təhsil pilləsi üzrə:

Fiziki kimya

Qeyri-üzvi kimya

Kimyanın tədrisi metodikası və metodologiyası