Axtarış

AZ EN

Azərbaycanın ən gənc tələbəsi NDU-nu seçdi

26.08.2026 14:37 12
Azərbaycanın ən gənc tələbəsi NDU-nu seçdi

15 yaşlı Gülşən Məmmədli 621,2 balla Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

IV ixtisas qrupu üzrə imtahan verən Gülşən Məmmədli Naxçıvan Dövlət Universitetini seçib. Uşaqlıqdan tibb sahəsinə maraq göstərdiyini qeyd edən tələbə bu uğurun əldə olunmasında valideynlərinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

Gənc tələbə NDU-nun tələbələr üçün yaratdığı praktiki imkanları, o cümlədən ilk kurslardan Türkiyədə təcrübə keçmək imkanını yüksək qiymətləndirib. O, gələcəkdə seçdiyi sahə üzrə peşəkar mütəxəssis olmağı qarşısına məqsəd qoyub.

Gülşən Məmmədli abituriyentlərə hazırlıq prosesinə ciddi yanaşmağı və qarşıya qoyduqları məqsədə inamla irəliləməyi tövsiyə edib.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: