Axtarış

AZ EN

Naxçıvan Dövlət Universitetində Dövlət Proqramının təqdim etdiyi imkanlara dair görüş keçirilib

21.09.2026 15:53 32
Naxçıvan Dövlət Universitetində Dövlət Proqramının təqdim etdiyi imkanlara dair görüş keçirilib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın yaratdığı imkanlar barədə məlumatlandırma məqsədilə Naxçıvan Dövlət Universitetinin  tələbələri ilə görüş keçirilib.


Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov çıxışında proqram çərçivəsində qazanılan bilik və təcrübənin gələcəkdə ölkəmizin inkişafına töhfə verməsi baxımından əhəmiyyətini qeyd edib. O, Naxçıvanda təhsil alan tələbələrin də bu imkanlar barədə məlumat əldə etməsinin və gələcək təhsil planlarını qurarkən proqramın tələbləri ilə öncədən tanış olmasının vacibliyini vurğulayıb.


NDU Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov isə tələbələrin akademik və peşəkar inkişafına dəstək göstərilməsinin universitet üçün önəmli istiqamətlərdən biri olduğunu deyib. O, bu görüşün gənclərə xaricdə təhsil imkanları barədə birbaşa məlumat almaq və onları maraqlandıran məsələlərə aydınlıq gətirmək imkanı yaratdığını bildirib.


Hüquq üzrə aparıcı məsləhətçi Aysel İbrahimova isə təqdimatla çıxış edərəkproqramın məqsədi, seçim meyarları, qəbul prosesi, eləcə də təqaüdçü və məzunlar üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib.


Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş: