Naxçıvan Dövlət Universitetində TGT təşkilatçılığı ilə “Dövlət suverenliyi” mövzusunda dəyirmi masa keçirilib
21.09.2026
14:32
30
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov iştirak edərək çıxış ediblər.
Görüş zamanı dövlət suverenliyinin mahiyyəti, milli dövlətçilik və gənclərin bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb. Qonaqlar öz çıxışlarında suverenliyin qorunmasında gənc nəslin üzərinə düşən vəzifələrdən danışıblar. Tədbirdə tələbələrin mövzu ilə bağlı düşüncələri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr keçirilib.
Maariflənmək, fikir bölüşmək və dövlətçilik dəyərlərini daha yaxından öyrənmək üçün təşkil olunan bu cür görüşlər tələbələrin ictimai fəallığının artırılmasına da töhfə verir.