Naxçıvan Dövlət Universitetinin Beynəlxalq İmtahanlar və Təlim Mərkəzində imtahanlar davam edir
06.06.2026
13:55
7
Naxçıvan Dövlət Universitetində SAT imtahanlarının təşkili davam edir. 06 iyun 2026-cı il tarixində növbəti SAT imtahanı keçirilib.
İmtahanda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılar da öz bilik və bacarıqlarını sınayıblar. İmtahan beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub və iştirakçılar üçün şəffaf, təhlükəsiz imtahan mühiti təmin edilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində növbəti SAT imtahanı 22 avqust 2026-cı il tarixində keçiriləcək.