Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində elmi-nəzəri seminar keçirilib.
“Ümumi riyaziyyat” kafedrasının müəllimi Ceyhun Əliyevin “Maksimal funksiyanın komutatorunun Lebeq fəzasında məhdudluq xassələri” mövzusunda elmi-nəzəri seminarı keçirilib
Kafedra müdiri dosent Abdulla Həsənov elmi-nəzəri seminarın açılışını edərək Analiz və funksional analiz sahəsində mövzunun aktuallığını vurğulayıb.
Kafedranın müəllimi Ceyhun Əliyev mövzu ilə bağlı çıxış edərək maksimal funksiya və onun komutatorunun Lebeq fəzasında məhdudluq xassələrinin potensial tipli operatorlar nəzəriyyəsində, harmonik analizdə və funksional fəzalarda xüsusi törəməli elliptik tip diferensial tənliklərin həllərinin lokal xassələrinin, apriori qiymətləndirmələr və bununla yanaşı başqa diferensial tənliklərin həll olunmasında, geniş tətbiqə malik olduğunu qeyd etdi. Maksimal operatorun komutatoru ilə bağlı yenilikləri seminar üzvlərinin diqqətinə çatdırdı.
Mövzu ilə bağlı müzakirələrdə fakültə dekanı dosent Məftun İsmayılov çıxış edərək bildirib ki, maksimal funksiyanın komutatorunun Lebeq fəzasında məhdudluq xassələri, analiz və təkamül nəzəriyyəsində vacib mövzulardan biridir. Bu mövzu, müxtəlif operatorların və onların komutatorlarının xüsusiyyətlərini öyrənmək məqsədini daşıyır. Qeyd olunub ki. kommutator, iki operator arasında olan fərqi göstərir və bu fərqin xüsusiyyətləri operatorların ümumi xassələrinə təsir göstərir.
Elmi-nəzəri seminarda fakültənin akademik heyəti, doktorant, magistr və bakalavrları iştirak etmişdir.