NDU-da “Heyvan ekologiyası: Ətraf mühitdən sağlamlığa, sağlamlıqdan məhsuldarlığa” mövzusunda seminar-təlim keçirilib
16.10.2026
11:17
35
Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasında müəllim və tələbələrin iştirakı ilə professor İsa Özaydının təqdimatında “Heyvan ekologiyası: Ətraf mühitdən sağlamlığa, sağlamlıqdan məhsuldarlığa” mövzusunda seminar-təlim keçirilib.
Seminar-təlimin əsas məqsədi ətraf mühit amillərinin heyvanların sağlamlığına, fizioloji vəziyyətinə və məhsuldarlıq göstəricilərinə təsirini elmi-praktik aspektdən müzakirə etmək, həmçinin heyvanların sağlamlığının qorunmasında ekoloji amillərin rolu ilə bağlı bilikləri genişləndirmək olub.
Təlim zamanı heyvanların yaşadığı mühitlə onların sağlamlığı və məhsuldarlığı arasındakı qarşılıqlı əlaqə, ətraf mühit amillərinin baytarlıq təbabətində əhəmiyyəti, eləcə də heyvandarlıqda ekoloji yanaşmaların tətbiqi məsələləri müzakirə edilib.
Seminar-təlim müəllim və tələbələrin müvafiq sahə üzrə biliklərinin artırılması, elmi müzakirələrin təşviqi və nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi baxımından əhəmiyyətli olub.