Axtarış

AZ EN

NDU-da payız semestrinin ilk dərslərini şəhid ailələri və qazilər keçib

16.09.2026 08:59 28
NDU-da payız semestrinin ilk dərslərini  şəhid ailələri və qazilər keçib

Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ilinin payız semestrinin ilk dərsləri şəhid ailələri və qazilərin iştirakı ilə keçirilib.


Universitetin bütün fakültələrində təşkil olunan dərslərdə şəhid ailələri şəhidlərin həyat və döyüş yolundan, qazilər isə Vətən müharibəsində baş verən hadisələrdən və Zəfərin tarixi əhəmiyyətindən danışıblar.


Dərslər zamanı şəhidlərin həyat və qəhrəmanlıqlarını əks etdirən təqdimatlar nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.


Qeyd edək ki, NDU-da artıq 4 ildir hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənə halını alıb. Təşəbbüs şəhidlərin xatirəsinin yaşadılması, qazilərin döyüş yolunun gənc nəslə çatdırılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.


Paylaş: