Axtarış

AZ EN

NDU-da qızlar arasında badminton yarışı keçirilib

24.04.2026 10:55 459
NDU-da qızlar arasında badminton yarışı keçirilib
Xəbər şəkli

Naxçıvan Dövlət Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili, onların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə qızlar arasında badminton yarışı keçirilib.

Yarışda müxtəlif fakültə və kolleclərin tələbələri iştirak edərək maraqlı və gərgin idman mübarizəsi aparıblar. İştirakçılar çeviklik, sürət və texniki bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekun nəticələrinə əsasən, Abdulrizəzadə Feriştih I yerə, Rəhimova Sədaqət II yerə, Ovçuyeva Elvira isə III yerə layiq görülüb.

Paylaş: