NDU nəzdində Gimnaziyanın iki məzunu qızıl nişanla təltif olunub
10.09.2026
12:44
8
Naxçıvan Dövlət Universiteti nəzdində Gimnaziyanın 2025–2026-cı tədris ili üzrə məzunları Hüseyn Tahirov və Kənan Məmmədzadə təhsillərini xüsusi nailiyyətlə başa vurduqlarına görə qızıl nişanla təltif olunublar.
Qızıl nişana layiq görülən məzunlardan Hüseyn Tahirov Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olunub. Hüseyn Tahirovun orta təhsil pilləsində qazandığı yüksək nəticə ilə ali təhsilini NDU-da davam etdirməsi Gimnaziya–Universitet təhsil modelinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Gimnaziya 2025–2026-cı tədris ilinində 100 faizlik nəticə göstərib, 54 məzunun hər biri ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlardan 16 nəfər 600-dən, 31 nəfər isə 500-dən yuxarı bal toplayıb, 30 nəfər fərqlənmə attestatına, 2 nəfər isə qızıl nişana layiq görülüb