Axtarış

AZ EN

NDU rektoru “Çin-Azərbaycan dili” ixtisasına qəbul olunan tələbələrlə görüşüb

05.10.2026 19:48 39
NDU rektoru “Çin-Azərbaycan dili” ixtisasına qəbul olunan tələbələrlə görüşüb

  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu il ilk dəfə qəbul aparılan “Çin-Azərbaycan dili” ixtisasına qəbul olunan tələbələrlə görüşüb.


Görüşdə bildirilib ki, yeni ixtisas üzrə 15 plan yerindən 14-ü dolub. Tələbələrə Çin dilinin öyrədilməsi və dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müvafiq tədris imkanları yaradılıb. İxtisas üzrə dərslərə Türkiyə və Çin vətəndaşı olan müəllimlər cəlb olunub.


Səmimi söhbət formatında keçən görüşdə rektor tələbələrin təhsil prosesi, maraq dairələri və gələcək planları ilə maraqlanıb, onlara yeni ixtisas üzrə uğurlar arzulayıb.   



Paylaş: