Axtarış

AZ EN

"Rəqəmsal mühitdə sülh və insan hüquqları" mövzusunda tədbir keçirilib

21.09.2026 14:11 24
"Rəqəmsal mühitdə sülh və insan hüquqları" mövzusunda tədbir keçirilib

21 Sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə Naxçıvan Dövlət Universitetində "Rəqəmsal mühit, sülh və insan hüquqları" mövzusunda tədbir keçirilib.


Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər arasında rəqəmsal savadlılığın artırılması, internetdən təhlükəsiz və düzgün istifadənin təşviqi, hamçinin rəqəmsal hüquq və azadlıqlar barədə maarifləndirmənin gücləndirilməsi olub.


Tədbirdə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Şəbnəm Hüseynova və nazirliyin əməkdaşı İnci Həsənova çıxış edərək rəqəmsal mühitdə insan hüquqlarının qorunmasının, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsinin, kibertəhlükəsizlik təbirlərinin gücləndirilməsinin, eləcə də onlayn məkanda qarşılıqlı hörmətə və sağlam ünsiyyətə asaslanan mühitin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.


Tədbir çərçivəsində rəqəmsal texnologiyaların yaratdığı imkanlar və çağırışlar, gənclərin rəqamsal hüquq və vəzifələri, həmçinin informasiya təhlükəsizliyi ilə bağlı məsələlər barədə malumat verilib.


Qeyd edək ki, tədbir Azarbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən "Sülh Aylığı" çərçivəsində təşkil olunub.


Paylaş: