NDU-da “Dizayn və memarlıq” sərgisi keçirilib
05.10.2026
08:53
39
Memarlıq Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Dizayn” ixtisası və “Planet Dizayn” MMC-nin birgə təşkilatçılığı ilə “Dizayn və memarlıq” adlı sərgi keçirilib.
“Memarlıq və şəhərsalma ili” çərçivəsində görkəmli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunan sərgidə müəllim və tələbələrin müxtəlif janr və üslublarda hazırladıqları yaradıcılıq nümunələri nümayiş etdirilib.
Sərgidə 40 dizayn layihəsi və 60 stilizasiya işi olmaqla, ümumilikdə 100 yaradıcılıq nümunəsi təqdim olunub. İşlərdə milli memarlıq irsinin müasir dizayn prinsipləri ilə vəhdəti, tələbələrin yaradıcı yanaşmaları və peşə bacarıqları öz əksini tapıb.