Axtarış

AZ EN

NDU-da görmə məhdudiyyətli şəxslər üçün “TwoEyes” layihəsi təqdim olunub

14.10.2026 17:39 43
NDU-da görmə məhdudiyyətli şəxslər üçün “TwoEyes” layihəsi təqdim olunub

Naxçıvan Dövlət Universitetinin “Elektronika və energetika mühəndisliyi” kafedrasının müəllimi Asim Abdullanın müəllifi olduğu “TwoEyes” layihəsi universitetin Tibb fakültəsinin tələbələrinə təqdim edilib.


Görmə məhdudiyyətli şəxslərin müstəqil hərəkət imkanlarını genişləndirmək və gündəlik həyatlarını asanlaşdırmaq məqsədi daşıyan layihə müasir texnologiyalar əsasında hazırlanıb. Proqram istifadəçilərə ətraf mühitdə istiqamətlənmək, qarşılaşdıqları maneələr barədə məlumat almaq və zərurət yarandıqda operativ dəstək əldə etmək imkanı yaradır.


“TwoEyes” proqramı 24 saat fəaliyyət göstərən canlı operator dəstəyini, xüsusi naviqasiya sistemini və şəxsi assistent funksiyalarını birləşdirir. Səsli təlimatlar və digər texnoloji imkanlar vasitəsilə istifadəçilərin ətraf mühitdə daha təhlükəsiz və rahat hərəkət etməsi hədəflənir.


Təqdimat zamanı tibb və mühəndislik sahələri arasında əməkdaşlığın inklüziv texnoloji həllərin hazırlanmasındakı əhəmiyyəti vurğulanıb. Layihənin praktiki tətbiqi istiqamətində tibb mütəxəssisləri, mühəndislər, proqramçılar və tələbələrdən ibarət multidissiplinar işçi qrupunun yaradıldığı bildirilib.


Qeyd edək ki, “TwoEyes” layihəsi görmə məhdudiyyətli şəxslərin müstəqilliyinin artırılmasına, onların sosial həyata fəal inteqrasiyasına və inklüziv cəmiyyətin inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur.


Paylaş: