NDU-da hüquq elmləri doktoru Altay Mustafayevin ustad dərsi keçirilib
Naxçıvan Dövlət Universitetində ADA Universitetinin professoru, hüquq elmləri doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayevin təqdimatında “Süni intellekt dövründə hüquqi yazı: imkanlar, risklər və peşə məsuliyyəti” mövzusunda ustad dərsi keçirilib.
Universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq ixtisası üzrə təhsil alan tələbələr, məzunlar, gənc tədqiqatçılar və müəllimlər iştirak ediblər.
Ustad dərsində süni intellekt texnologiyalarının hüquq sahəsinə təsiri, hüquqi sənədlərin hazırlanmasında rəqəmsal alətlərin tətbiqi imkanları, eləcə də bu texnologiyalardan istifadə zamanı yarana biləcək hüquqi və etik risklər müzakirə olunub.
İnteraktiv formatda davam edən görüşdə iştirakçıların sualları cavablandırılıb, gələcək hüquqşünasların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin, süni intellekt imkanlarından səmərəli və məsuliyyətli istifadənin əhəmiyyəti vurğulanıb.