Axtarış

AZ EN

NDU Elmi Kitabxanasında “Botanika” dərsliyinin təqdimatı keçirilib

16.09.2026 11:53 27
NDU Elmi Kitabxanasında “Botanika” dərsliyinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Biologiya” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Səfurə Babayevanın müəllifi olduğu “Botanika” dərsliyinin təqdimatı keçirilib.


Tədbirdə Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, biologiya üzrə elmlər doktoru, professor Daşqın Qənbərov, dekan müavini Hilal Qasımov, “Biologiya” kafedrasının müdiri Bəhruz Bayramov, “Kimya” kafedrasının dosenti Bəhruz Məmmədov və digər müəllimlər iştirak ediblər.


Çıxışlarda dərsliyin elmi və metodiki əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, 15 fəsildən ibarət nəşr “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə bakalavr tələbələri üçün hazırlanıb. Dərslikdə botanikanın əsas istiqamətləri, bitkilərin quruluşu, inkişafı, çoxalması və ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında məlumatlar sistemli şəkildə təqdim edilib.


Sonda müəllif Səfurə Babayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Ardınca müəllifə gül dəstələri təqdim olunub.



Paylaş: