Keyfiyyət təminatı və monitorinq şöbəsi

Şöbənin fəaliyyət İstiqamətləri.

NDU-nun strateji inkişaf planının icrasını həyata keçirmək;

NDU-nun strateji inkişaf planında göstərilən məqsəd və hədəflərinə nail olmaq;

 Strateji inkişaf planının (SİP) icrası üzrə universitetin fakültə, şöbə və struktur bölmələri arasında koordinasiyanın təşkil etmək;

Universitetdə tədris prosesinin təşkili,  tədqiqat və innovasiya mühiti, mövcud problemlər və onların həlli yolları ilə bağlı akademik heyət arasında, tədrisin keyfiyyətini qiymətləndirmək üçün təhsilalanlar arasında məmnuniyyət sorğuları keçirmək və sorğuların nəticələrini analiz edərək tədbirlər paketi hazırlamaq və icrasına nəzarət etmək;

Tədrisin təşkilinə, tədris-proqram sənədlərinin və metodiki materiallarının keyfiyyətinə nəzarət etmək;

Keyfiyyət Təminatı ilə bağlı məsələlərdə mövcud komissiyalar, rəhbərlik və maraqlı tərəflər arasında koordinasiyanı təşkil etmək;

Şöbənin fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Universiteti təmsil etmək;

Universitetdə yaradılmış komissiyalarda, işçi qruplarında təmsil olunmaq və onların işində iştirak etmək;

Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Şöbənin fəaliyyətinin təşkili.

Şöbənin strukturunu və ştat vahidlərinin sayını Universitetin rektoru təsdiq edir.

Şöbəyə Universitetin rektorunun əmri ilə təyin olunmuş şöbə müdiri rəhbərlik edir.

Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

Şöbə üzrə Universitetin Elmi Şurasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir;

Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Universitetin rəhbərliyinə təqdimatlar verir; 

Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Universitetin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

 

Şöbənin əməkdaşları:

Keyfiyyət təminatı və monitorinq şöbəsinin müdiri:  Kərimova Sevinc Şahbaz qızı

Keyfiyyət təminatı üzrə baş mütəxəssis:  Qənbərova Ayşən Musa qızı

Keyfiyyət təminatı üzrə mütəxəssis: İsmayıllı Səmra Şahin qızı