Axtarış

AZ EN

NDU-da YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub

12.10.2026 18:56 126
NDU-da YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn məsələlərə həsr olunan tədbir keçirilib.


Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


NDU-nun rektoru Elbrus İsayev çıxışında YAP-ın dövlətçiliyin formalaşması və inkişafındakı rolundan danışıb. Rektor VIII Qurultayda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf istiqamətlərinin əhəmiyyətini vurğulayıb, təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub. Rektor vətənpərvərlik ruhunun gücləndirilməsi, kibertəhlükəsizliyə diqqətin artırılması və strateji hədəflərə uyğun fəaliyyətin vacibliyini də qeyd edib.


YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli və YAP Universitet ərazi partiya təşkilatının sədri Bəhruz Məmmədov da çıxışlarında qurultaydan irəli gələn vəzifələr və fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Çıxışlarda qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmasının əhəmiyyəti vurğulanıb.


Sonda YAP-a yeni qəbul olunan tələbələrə üzvlük vəsiqələri təqdim edilib. Tədbir partiyanın Himninin səsləndirilməsi ilə başa çatıb.


Paylaş: