Axtarış

AZ EN

NDU Elmi Kitabxanasında “Hərbi vətənpərvərlik tərbiyəsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib

11.09.2026 16:05 25
NDU Elmi Kitabxanasında “Hərbi vətənpərvərlik tərbiyəsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi Cavanşir Zeynallının müəllifi olduğu “Hərbi vətənpərvərlik tərbiyəsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Tədbirdə NDU-nun “Elmi fəaliyyətin təşkili və təhlili” şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov, Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanov və digər müəllimlər iştirak ediblər.
Çıxışlarda dərs vəsaitinin elmi-metodik əhəmiyyəti vurğulanıb, hərbi vətənpərvərlik tərbiyəsinin gənc nəslin dünyagörüşünün formalaşmasında və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində rolu qeyd olunub.

İki fəsildən ibarət olan dərs vəsaitində müasir dövrdə hərbi vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti və xüsusiyyətləri, eləcə də ali məktəblərdə tələbələrin hərbi vətənpərvərlik tərbiyəsinin səmərəli təşkili məsələləri əhatə olunub.

Sonda müəllif Cavanşir Zeynallı dərs vəsaitinin hazırlanmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. 

Paylaş: