Axtarış

AZ EN

NDU-nun rektoru Elbrus İsayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

08.06.2026 15:30 24
NDU-nun rektoru Elbrus İsayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülüb.


Fəxri professor diplomu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Ümumi Şurasının qərarı əsasında təqdim edilib.


Sənəddə Elbrus İsayevin Türk dünyası elminə və təhsilinə göstərdiyi üstün xidmətlər, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.


Diplomda Elbrus İsayevin Akademiyanın fəxri professoru seçildiyi və bu fəxri adın beynəlxalq qaydalarla təsbit edilmiş hüquqları əhatə etdiyi bildirilib.


Xəbər şəkli
Paylaş: