Axtarış

AZ EN

I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 çərçivəsində ödənişsiz tibbi aksiyalar keçirilib

26.09.2026 11:12 32
I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 çərçivəsində ödənişsiz tibbi aksiyalar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz tibbi aksiyalar keçirilib.

Ümumilikdə, 300-ə yaxın sakin tibbi aksiyalardan yararlanıb.Müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış həkimlər tərəfindən qəbul edilən pasiyentlərin şikayətləri dinlənilib, sağlamlıq vəziyyətləri qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.

Müayinələr endokrinologiya, pulmonologiya, radiologiya, anesteziologiya və reanimatologiya, oftalmologiya, onkologiya, ümumi və onkoloji cərrahiyyə, urologiya, revmatologiya, qastroenterologiya və bariatrik cərrahiyyə istiqamətləri üzrə aparılıb.

Paylaş: