Axtarış

AZ EN

NDU-da 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

18.10.2026 11:11 51
NDU-da 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.


Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ölkəmizin müstəqil dövlət kimi inkişafının hüquqi əsaslarını yaradıb. Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.


Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib. Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqına milli dövlətçilik ənənələrini davam etdirmək, azərbaycançılıq ideologiyası ətrafında birləşmək və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirmək imkanı verib.


Tədbirdə tarix elmləri doktoru, professor Sevinc Abbasova və Naxçıvan Dövlət Universitetinin “Vətən tarixi” ixtisası üzrə II kurs doktorantı Kübra Əliyeva da çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının tarixi və hüquqi əsasları, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilə varislik əlaqələri və müstəqilliyin milli dövlətçilik tariximizdəki yeri diqqətə çatdırılıb.


Bildirilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktında 1918-ci il 28 May İstiqlal Bəyannaməsinə və 1991-ci il 30 avqust tarixli müstəqilliyin bərpası haqqında Bəyannaməyə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Çıxışçılar, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin tam təmin edilməsi dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu gün Azərbaycan xalqı Müstəqilliyin Bərpası Gününü suverenliyini tam təmin etmiş qalib xalq kimi qeyd edir.

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi



Paylaş: