Maliyyə şöbəsi

Maliyyə şöbəsi Naxçıvan Dövlət Universitetinin publik hüquqi şəxs kimi fəaliyyətini maliyyə və mühasibat uçotu sahəsində təmin edən struktur bölməsidir. Şöbə maliyyə əməliyyatlarının aparılması, qərarların qəbuluna maliyyə dəstəyi göstərilməsi, maliyyə dayanıqlığının qorunması və universitetin aktivlərinin səmərəli idarə edilməsini təmin edir. Maliyyə şöbəsi fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin normativ sənədlərini, beynəlxalq standartları və NDU-nun daxili nizamnaməsini rəhbər tutur. Şöbənin əsas məqsədi universitetin maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf, qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə təşkili və idarə edilməsidir. Maliyyə şöbəsinin funksiyaları və vəzifələri aşağıdakılardır:

·        Maliyyə planlarının, dövlət proqramı üzrə ayırmaların və gəlir-xərc smetalarının hazırlanması, təsdiqi və icrasına nəzarət;

·        Maliyyə əməliyyatlarının aparılması və qərarların alınması, maliyyə dayanıqlığının təmin edilməsi,

·        Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

·        Maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanması, təqdim edilməsi və dərc olunmasına nəzarət etmək;

·        Universitetin aktivlərinin, öhdəliklərinin və dövriyyə vəsaitlərinin inventarizasiyasını təşkil etmək və səmərəliliyinin yüksəldilməsi;

·        Təhsil haqqı ilə bağlı hesablaşmaların mühasibat uçotu hesablarında vaxtında və düzgün əks etdirilməsini təmin etmək

·        Əmək haqlarının, təqaüdlərin, ezamiyyətlərin, vergilərin, qrant və layihə ödənişlərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;

·        Satınalmaların planlaşdırılması, tələbatın öyrənilməsi və həyata keçirilməsi prosesində maliyyə nəzarətini təmin etmək;

·        Maliyyə analizləri aparmaq, xərclərin səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təkliflər vermək;

·        Qanunvericilikdə nəzərdə tutulmuş hesabatların müəyyən edilmiş müddətlərdə təqdim olunmasını təmin etmək.

·        “Mühasibat uçotu haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və digər normativ-hüquqi aktlara, beynəlxalq standartlara uyğun uçot işləri aparmaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc etmək.

·        Universitetin törəmə müəssisələrinin, tabeliyində və nəznində olan müəssisələr ilə bağlı universitet tərəfindən aparılması nəzərdə tutulan maliyyə əməliyyatlarının icrasın təşkil edir

·        Şöbə fəaliyyət nəticələrini qiymətləndirir, analitik təhlillər aparır və hesabatları əsasında təkliflər hazırlayır.

Hazırda universitetin maliyyə-mühasibatlığı inkişaf edərək dövrün müasir tələblərinə cavab verən proqramlar əsasında tam avtomatlaşdırılmış uçotun təşkili üçün işlər görülməkdədir və məkdaşların peşəkar potensialının artırılması məqsədilə təlim və inkişaf proqramlarının təşkil edilir. Maliyyə şöbəsi birbaşa universitetin rektoruna tabedir və şöbəyə Səfəralı Abdullayev rəhbərlik edir. Maliyyə şöbəsinə 1 bölmə və 1 sektor daxildir.

- Maliyyə-mühasibat uçotu

- Satınalmala və təchizat sektoru

Maliyyə şöbəsi 16 nəfərdən ibarətdir və aşağıdakı vəzifələri əhatə edir:

·        Şöbə müdiri – Baş mühasib

·        Baş mühasibin müavini

·        Maliyyə meneceri

·        Aparıcı mühasib

·        Mühasib

·        Mühasib köməkçisi

·        İqtisadçı

·        Satınalma və təchizat sektorunun müdiri

·        Satınalma mütəxəssisi

No

Ad ,Soyad, ata adı

Vəzifə

1

Səfəralı Abdullayev Qulam

Şöbə müdiri - Baş mühasib

2

Həsən Abbasov Saleh

Baş mühasibin müavini

3

Vakant

Maliyyə meneceri

4

Yazgül Vəliyeva Heydər

Aparıcı mühasib

5

Fuad Məmmədli Məhəmməd

Aparıcı mühasib

6

Lamiyə Bayramova Müzəffər qızı

Aparıcı mühasib

7

Cəmil Məmmədov Mikayıl

Aparıcı mühasib

8

Vakant

Mühasib

9

Nuray Rəhimova Məmmədəli

Aparıcı mühasib

10

Vakant

Aparıcı mühasib

11

Elmira Təhməzbəyova Nadir

Mühasib

12

Əli İsgəndərov Rafiq

Mühasib köməkçisi

13

Tuncay Ələkbərov İftixar oğlu

İqtisadçı

14

Vakant

Sektor müdiri - Satınalma təchizat sektoru

15

Vakant

Satınalma mütəxəssisi – Satınalma və təchizat sektoru

16

Sənan Zeynalov Pərviz

Satınalma mütəxəssisi – Satınalma və təchizat sektoru

 

 

 

Hesabat faylı

 

Finance Report

 

31.10.2024

31.05.2023

Finance

Total Finance

21.11.2022

Üzgüçülük müqavilə