Axtarış

AZ EN

NDU-nun növbəti nümayəndə heyəti Çində elmi-mədəni mübadilə proqramında iştirak edəcək

19.10.2026 09:16 38
NDU-nun növbəti nümayəndə heyəti Çində elmi-mədəni mübadilə proqramında iştirak edəcək
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Çin Xalq Respublikasına səfər edəcək müəllim və tələbə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Çin arasında müxtəlif sahələrdə dinamik inkişaf edən əlaqələrə toxunan rektor elmi-mədəni mübadilə layihələrinin iki ölkə arasında təhsil, elm və mədəniyyət əlaqələrinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Naxçıvan Dövlət Universiteti ilə Çinin müxtəlif ali təhsil müəssisələri arasında qurulmuş əməkdaşlıq əlaqələrinə diqqət çəkən rektor proqramda iştirakı təsdiqlənmiş müəllim və tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, oktyabr ayında Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrindən ibarət növbəti heyət elmi-mədəni mübadilə proqramında iştirak etmək üçün Çinin Urumçi şəhərinə səfər edəcək. Proqram çərçivəsində müxtəlif muzeylərə, mədəniyyət mərkəzlərinə və təhsil müəssisələrinə səfərlər, eləcə də elmi-mədəni tədbirlərdə iştirak nəzərdə tutulur.

Paylaş: